kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Məhəmməd Füzuli əsərləri ikinci cild

Məhəmməd Füzuli əsərləri ikinci cild

Tərtib edəni: Həmid Araslı
Redaktoru: Teymur Kərimli

Orta əsrlər Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Yalnız
Azərbaycan xalqının deyil, bütün türk xalqlarının ədəbiyyatına Nəvaidən sonra qüvvətli təsir östərmiş bu ən böyük sənətkar doğma dilin elə imkalarını kəşf etmişdir ki, ondan sonra ədəbiyyatımızda fars və ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmamışdır. Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibrətli poeziya səviyysinə yüksəlməsi üçün tarixi iş görmüş Füzuli ana dilində yaratdığı əsərləri ilə türkcəni də Şərqdə hakim dil səviyyəsinə qaldırmışdır.
Duyğu dünyasının sonsuz çalarlarını yaşaya-yaşaya onun türk dilindəki bənzərsiz ifadəsini üzə çıxarmış Füzulinin "Leyli və Məcnun"u - eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, məcnunlaşan şerin özüdür. Bu mövzu şerimizdə Füzuli ilə başlamayıb, amma Füzuli ilə qurtarıbdı. Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə yaratdığı ilk Azərbaycan operasını məhz bu poema üzərində qurmuşdur.
Füzuli əsərlərinin təqdim olunan ikinci cildində Şərqin bu ən səmimi, ən həssas şairinin "Leyli və Məcnun"undan başqa alleqorik poemalarından "Bəngü Badə". "Söhbət ül-əsmar", eləcə də ana dilində yazdığı digər əsərləri - müəmmaları, məşhur şikayətnaməsi, məktubları və Ə.Camidən bədii
tərcüməsi -"Hədisi-ərbəin" toplanmışdır .

Klassik ədəbiyyat
Format Size
PDF 1.8 MB Download